Sergey Bezrukov

Sergey Bezrukov

Aktyor

BİOQRAFİYA

Sergey Vitalyeviç Bezrukov – Sovet və rusiya dram və kino aktyoru, teatr rejissor, prodüser və ssenaristdir. 2008-ci ildə Rusiya Federasiyasının Xalq Artisti adını alıb. “Kryostnıy Papa” rok qrupunun solisti və təsisçisi olub. “Vahid Rusiya” hakim partiyasının Ali Şurasının üzvüdür. 18 oktyabr 1973-cü ildə Moskvada (Rusiya) anadan olub. Atası Vitali Sergeyeviç Bezrukov aktyor və rejissor olub. Anası Natalya Bezrukova (Surova) bir müddət mağaza müdiri işləyib, evli olduğu illərin çox hissəsini evdar xanım olub. Atası Sergeyə sevimli şairi Sergey Yeseninin adını verib. Gələcəkdə Bezrukov Sergey Yesenin haqqında bioqrafik teledramda baş rolu (Sergey Yesenin) ifa edib. Sergey məktəbdə oxuduğu illərdən atasının tutduğu yolla getməyi arzulayıb, tez-tez məktəbdən sonra onun iş yerinə baş çəkib. Komsomolçu olub. 402 saylı orta məktəbi bitirdikdən sonra 1990-cı ildə Moskva Bədii Teatr Akademiyasının məktəb-studiyasına qəbul olunub. 1994-cü ildə həmin təhsil müəssisəsinin aktyorluq fakültəsini bitirərək “Dram teatr və kino aktyoru” ixtisasına yiyələnib. Məzun olduqdan dərhal sonra Moskva studiya-teatrının truppasına qəbul olunub. “Briqada” (2002), “Sahə” (2003), “Master və Marqarita” (2005), “Yesenin” kimi seriallara, “Çini qab” (1999), “Azazel” (2002), “Kölgə ilə savaş” (2005), “Puşkin: Sonuncu duel”, “Vısotski” (2011) və digər filmlərə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Sergey_Bezrukov

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç