Aleksandr Filippenko
Aktyor
Aleksandr Qeorqiyeviç Filippenko – Sovet və rusiya teatr və kino aktyorudur. 2000-ci ildə Rusiya Xalq Artisti adını alıb. Daha çox Bulqakovun eyniadlı romanı əsasında çəkilmiş “Master və Marqarita” mini-serialında bədheybət Azazella rolu ilə tanınır. 2 sentyabr 1944-cü ildə Moskva şəhərində anadan olub. Orta təhsili Alma-atada, 54 saylı orta məktəbdə (qızıl medalla) başa vurub. 1962-ci ildə MFTİ KVN (Şən və Hazırcavablar Klubu) tələbə komandasının üzvü olub. Komanda ilə 1962-1963-cü illərin çempionu olub. 1967-ci ildə Moskva Fiziki-Texniki İnstitutunun molekulyar və kimya fizikası fakültəsini “sürətli proseslərin fizikası” ixtisası üzrə bitirib. İki ilə SSRİ Elmlər Akademiyasının Geo-Kimya İnstitutunda baş mühəndis işləyib. 1974-cü ildə B.V.Şukin adına teatr peşə məktəbini bitirib. 1964-1969-cu illərdə Moskva Dövlət Universitetinin estrada studiyasının aktyor və rejissoru olub. 1969-1975-ci illərdə Taqanka Dram və Komediya teatrının aktyoru olub. 1975-ci ildə Yevgeniy Vaxtanqov adına Akademik Teatrının truppasına qoşulub, orada 20 ilə yaxın xidmət göstərib. 1996-cı ildə Moskonsert nəzdində “Mono-Duet Trio” teatrının rəhbəri olub. Karyerası ərzində 90-dan çox filmə çəkilib. 2014-cü ildə “Şair olmaq” layihəsində iştirak edərək, Sergey Yesenin və Yevgeniy Yevtuşenkonun şerlərini səsləndirib. 25 sentyabr 2015-ci ildə A.P.Çexovun əsərlərinin oxunduğu “Çexov sağdır” adlı onlayn layihədə iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BF%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%93%D0%B5%D0%BE%D1%80%D0%B3%D0%B8%D0%B5%D0%B2%D0%B8%D1%87