Alyona İvçenko

Alyona İvçenko

Aktrisa

BİOQRAFİYA

Alyona İvçenko 17 may 1974-cü ildə Minskdə (Belarus), musiqiçi ailəsində dünyaya göz açıb. Musiqi məktəbində fortepiano sinifində oxuyub. Bundan savayı uşaqlığında akrobatika ilə məşğul olub, ingilis dili təmayüllü xüsusi məktəbdə orta təhsil alıb. Yeddinci sinifdə idman və musiqini ataraq, Minskdə yeni açılmış teatr təmayüllü məktəbə sənədlərini verib. 1991-ci ildə Rusiya Dövlət Səhnə Sənəti İnstituna daxil olsa da, sonradan V.M.Filştinskinin kursuna müsabiqədən keçə bilməyib. “Belarusfilm” kinostudiyasının çəkiliş qrupuna qoşularaq Soçiyə yollanıb və oradan “Gecə kəpənəyinin uçuşu” filminin çəkilişlərində rejissor köməkçisi kimi fəaliyyət göstərib. 1992-ci ildə Boris Şukin adına Teatr İnstitutuna qəbul olunub. 1996-cı ildə “Et Cetera” teatrının aktrisasıdır. TVS, TV6, ORT, STS kimi məşhur rus kanallarında səsləndirmə və dublyaj aktrisası olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/w/ros/1709/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç