Roman Kerimov
Aktyor
Roman Kerimov 12 iyun 1993-cü ildə Moskva şəhərində anadan olub. Erkən yaşlarında televerlişlərə çıxır. “Yerelaş” yumoristik telejurnalında 21 rol alıb. 2004-cü ildən etibarən Pokrovka teatrında fəaliyyət göstərir. Buna qədər isə “Ekol” uşaq teatrının truppasında yer alıb. 2004-cü ildə Soçi şəhərində “Kinotavrik” kino müsabiqəsində uşaq münsiflər heyətinin üzvlərindən biri olub. 2005-2006-cı ildə “Kinotavrik” müsabiqəsinin açılış mərasiminin aparıcısı olub. 2006-cı ildə “Aziris Nuna” fentezi filmində baş rolu ifa edib. Ekran əsəri rusiyalı yazıçı Sergey Lukyanenkonun “Bugün, ana” romanı əsasında çəkilib. 2006-cı ilin may ayında Birləşmiş Ərəb Əmirliyində BMT-nin təşkilatçılığı ilə keçirilən “Aclığa qarşı beynəlxalq marş”da iştirak edib. Həmin il ən yaxşı gənc aktyor nominasiyasında “Qızıl Kinotavrik” mükafatının sahibi olub. 2009-cu ildə “Vsyo po vzroslomu” gənc teleproqramının çəkilişində iştirak edib. 2012-ci ildə “Vasitəçi.Zağca” serialında Yevgeniy Buturlin roluna çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://cyclowiki.org/wiki/%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD_%D0%9E%D0%BB%D0%B5%D0%B3%D0%BE%D0%B2%D0%B8%D1%87_%D0%9A%D0%B5%D1%80%D0%B8%D0%BC%D0%BE%D0%B2