Vyaçeslav Qrişeçkin

Vyaçeslav Qrişeçkin

Aktyor

BİOQRAFİYA

Vyaçeslav Qermanoviç Qrişeçkin – sovet və rusiyalı teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının Əməkdar Artistidir (1994). 28 iyun 1962-ci ildə Soçi şəhərində anadan olub. 13 yaşında olanda Valeriy Belyakoviçlə tanış olaraq iki il Gənc Moskvalılar Teatrında oxuyub. 1975-ci ildə həmin teatrda ilk dəfə olaraq “Bülbül” adlı tamaşada peşəkar səhnəyə çıxıb. Məktəb illərində dram dərnəyinin üzvü olub. Məzun olduqdan sonra Rusiya Teatr İncəsənət İnstitutuna (QİTİS) daxil olub, paralel olaraq “Yuqo-Zapad” teatrının studiya-məktəbində dram təhsili alıb. Müəllimi Mixail Tumanov olub. Sonuncunun ölümündən sonra onu Boris Qolubovski əvəzləyib. 1983-cü ildə QİTİS-in aktyorluq fakültəsini bitirdikdən sonra, Sovet Ordusuna həqiqi hərbi xidmətə yollanıb. Sovet Ordusunun Zveniqoroddakı hərbi-topoqrafik xidmətinin təlim-tədris mərkəzində keçib. Orada kiçik serjant rütbəsi alaraq, İvanovo şəhərində hərbi hissəyə göndərilib. 1996-1999-cu illərdə Rusiyanın Birinci kanalında “Koleso İstorii” adlı proqramda daimi aktyor işləyib. 2009-cu ildə Volqa Dram Teatrının rəhbəri təyin olunub. 2016-cı ildə NTV telekanalında “Kinoşou” layihəsinin iştirakçısı olub və “Netlenfilm” komandasında yer alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D1%88%D0%B5%D1%87%D0%BA%D0%B8%D0%BD,_%D0%92%D1%8F%D1%87%D0%B5%D1%81%D0%BB%D0%B0%D0%B2_%D0%93%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç