Torri DeVitto

Torri DeVitto

Aktrisa, prodüser

BİOQRAFİYA

Torri Coel Devito 8 iyun 1984-cü ildə Hantiqtonda (Nyu-York ştatı) anadan olub. Altı yaşında skripka dərsləri alan Torri məktəb orkestrində çalıb. 15 yaşında Torri Devito reklamda model kimi çalışır və Çikaqo, Mayamidə Ford Models model agentliyində işə başlayır. Model biznesində bir neçə il çalışan Torri aktyorluq karyerasını qurmağa qərar verib. 2005-ci ildə ABC Family kanalındakı “Gözəl insanlar” dram serialında aparıcı aktrisalardan biri olub. Təkəbbürlü fotomodel Karen obrazını canlandırıb. Serialın 16 epizodu çəkilib. 2008-ci ildə Devito “Bir ağacın təpəsi” gənc dram serialının beşinci və altıncı mövsümünə çəkilib. Torri “Arzularımızın yayı”, “Klinika”, “Dreyk və Çoş”, “Kvinks kralı”, “C.S.I.: Cinayət yeri Mayami”, “Kasl” seriallarında çəkilib. Həmçinin bir neçə “Dəlillər” (20120 trilleri və “Keçən yay nə etdiyini heç vaxt unutmayacam” kiçikbüdcəli filmlərdə çəkilib. 2010-2017-ci illərdə Devito “Şirin yalanlar” serialında ikinci dərəcəli rolda çəkilib. “Vampirin gündəlikləri” teleserialında həki Meredit Fell rolunu ifa edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%B2%D0%B8%D1%82%D0%BE,_%D0%A2%D0%BE%D1%80%D1%80%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç