Govinda

Govinda

Aktyor, prodüser

BİOQRAFİYA

Qovinda 21 dekabr 1963–cü ildə Hindistanda anadan olub. Hind aktyoru və prodüseridir. 1986-cı ildə kinoda “Günah” filmi ilə debüt edib. Karyerası boyunca yüzdən artıq filmdə çəkilib. 12 dəfə Filmfare Awards mükafatına namizəd olub. İki dəfə “Qara ledi” heykəlinə sahib olub. “Nömrə 1” ləqəbi ilə tanınır. Belə ki, adında bir olan “Daşıyıcı N1”, “Qəhrəman N1”, “Uğursuz N1”, “Sevimli gəlin” (Beti No. 1) və “Gözəl cütlük” (Jodi No.1), filmlərinə çəkilib. “Fırıldaq” (1994), “Taleyin saxtalığı” (1997), “Sevgi əzabı” (1998) və “Ortaqlar” (1999) filmlərində ən yaxşı kişi roluna görə 5 dəfə, “Subay” (2000), "Gözəl cütlük” (2001), “Təhlükəli saziş” (2001), "Toy hazırlığı” (2002) filmlərində komediya rolunun mahir ifasına görə 4 dəfə Filmfare Award mükafatına namizəd olub. “Fərasətli oğlanlar” iki Filmfare Awards mükafatına sahib olub. “Taleyin saxtalığı” filmindəki roluna görə xüsusi mükafat alıb. “Tərəfdaş” (2007) filminə görə müxtəlif mükafatlar qazanıb. Hindistan Milli Konqresinin üzvüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%B2%D0%B8%D0%BD%D0%B4%D0%B0_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç