Olivye Meqaton

Olivye Meqaton

Rejissor, ssenarist

BİOQRAFİYA

Olivye Meqaton 6 avqust 1965-ci ildə Fransada anadan olub. Hirosimaya atom bombasının atılmasından düz 20 il sonra doğulduğundan özünə Meqaton təxəllüsünü götürüb. Jan-Batist Mondino ilə tanışlıqdan sonra Olivye kino sahəsində işləməyə başlayıb. Olivye Meqaton “Daşıyıcı 3”, “Çıxış”, “Qırmızı həyəcan siqnalı”, “Girov 2” filmlərinin rejissorudur. “Daşıyıcı 3” və “Girov 2” filmləri Rotten Tomatoes saytında müvafiq olaraq 36 faiz və 21 faiz müsbət rəy toplayıb. Olivye Meqatona “Leon” filminin sikvelini çəkmək təklif olunsa da, o bu təklifi rədd edib və belə bir görkəmli işin bir daha çəkilməyəcəyini bildirib. Meqaton eyni zamanda ikinci qrup “Hitmen” filminin rejissoru olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Olivier_Megaton

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç