Demet Akbağ 23 noyabr 1959-cu ildə İzmirdə (Türkiyədə) anadan olub. Türk kino, teatr, serial və komediya aktrisasıdır. Teatr kariyerasına İzmir Atatürk Liseyində oxuyarkən başlayıb. Yılmaz Erdoğanla baş rollarını paylaşdığı "Bir Demet Tiyatro" tamaşası ilə məşhurlaşıb. Beşiktaş Kültür Mərkəzinin (BKM) ən məşhur ulduzlarından biridir.
"Qış yuxusu" (Kis Uykusu)- 2014, "Eyyvah Eyvah 3" (Vay Vay 3) - 2014, "Hökümət qadın 2" (Hükümet kadin 2) 2013, "Hökümət qadın" (Hükümet kadin) - 2013), "Qurtuluş Son Dayanacaq" (Kurtulus Son Durak) - 2012, "Vay Vay 2" (Eyyvah eyvah 2) - 2011, "Vay-vay" (Eyyvah eyvah) - 2010, "Yaramaz uşaqlar" (O... çocuklari) - 2008, "Şəbəkə 2.0" (The Net 2.0), "Orqanizə işlər" (Organize isler) -2005, "Hardasan, Füruzə" (Neredesin Firuze) - 2004, "Vizyon Tele" (Vizontele Tuuba) - 2004, "Ölümsüz Eşq" (Ölümsüz ask) - (mini serial 2003), "Vizon Tele" (Vizontele)- 2001, "Tərs dünya" (1993), "Homoti" (1987), "İddiaçı" (Davaci) - 1986 və digər filmlərin çəkilişi və səsləndirilməsində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Demet_Akba%C4%9F