Ata Demirer

Ata Demirer

Aktyor, ssenarist

BİOQRAFİYA
Ata Demirer - türkiyəli rejissor, ssenarist, aktyor və stend-ap komediyaçıdır. Daha çox "Eyyvah Eyvah" (Vay Vay) komediya trilogiyasında oynadığı klarnet ifaçısı rolu ilə məşhurlaşıb. Müasir Türkiyə stendapının ən yaxşı yumoristlərinin 10-luğuna daxildir. Ata Demirer 6 iyul 1972-ci ildə Türkiyənin Bursa şəhərində anadan olub. Uşaqlıq illərindən musiqiyə maraq göstərib, Bursa oğlanlar orta məktəbini bitirib. Daha sonra Çelebi Mehmet Ali Məktəbindən fərqlənmə ilə məzun olub. 1991-ci ildə Türkiyə Dövlət Konservatoriyasına (İstanbul Texniki Universiteti nəzdində) qəbul olunduğundan İstanbula köçməli olub. Tələbə olduğu illərdən stend-ap çıxışlar etməyə başlayıb. Gülməli monoloqları ilə gənclərin sevimlisinə çevrilən Demirer teledebütünü 2001-ci ildə Star telekanalında yayımlanan Korsan TV proqramı ilə gerçəkləşdirib. 2001-2004-cü illərdə "Dadlı həyat" serialına çəkilib. 2004-cü ildə "Hardasan Füruzə" adlı bədii filmə çəkilərək kinodebütünü həyata keçirib. Şəxsi həyatına gəlincə 2012-ci ildə "Eyyvah Eyvah" filminə birgə çəkildiyi aktrisa Özge Borakla ailə qurub. 2014-cü ildə cütlük rəsmən boşanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ata_Demirer
FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç