Giyom Qui

Giyom Qui

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Giyom Qui 30 noyabr 1983-cü ildə Fransada anadan olub. Giyom Qui rejissor Rişar Berrinin Jan Reno ilə baş rolda “22 güllə: Ölməz” qanqster kəskin filmindəki, Marka Fitussi “Kopakabana” komediyasındakı, “Pupupidu” trillerindəki, Vudi Allenin “Gecəyarı Parisdə” filmindəki rollarına görə tanınıb. 2011-ci ildə Giyom Qui “Aleksis İvanoviç, sən mənim qəhrəmanımsan” qısametrajlı filmin rejissoru kimi debüt edib. 64-cü Kann festivalında “Kodak” şirkətindən qısametrajlı filmə görə xüsusi mükafat alıb. 2012-ci ildə Devid Lambertin “Divarlar arxasında” dramında və Fransua Pironun “Təkərli ev” komediyasında baş rollarda çəkilib. Həmin il aktyor rejissor Teddi Lusso Moestenin “Cimmi Rivye” filmində “Ən ümidverici aktyor” kateqoriyasında “Sezar” kinomükafatına namizəd olub. 2013-cü ildə Qui rejissor Silvena Şomenin “Mənim Atillam Marsel” komediya filmində baş rolda çəkilib. Həmin rola görə Pekin beynəlxalq kinofestivalında mükafata sahib olub. Növbəti ildə aktyor Odri Dananın “Gözəlçələr Parisdə” fransız filmində və Serdik Jimenesin “Fransız tranziti” kriminal kəskin filmində çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%83%D0%B8,_%D0%93%D0%B8%D0%B9%D0%BE%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç