Don Siqel

Don Siqel

Rejissor, ssenarist, aktyor, prodüser, operator

BİOQRAFİYA

Don Siqel 26 oktyabr 1912-ci ildə Çikaqoda yəhudi ailəsində anadan olub. Kembric universitetində İsa Kollecini bitirib. Kino karyerasına “Warner Brothers” studiyasında montajçı kimi başlayıb. 1945-ci ildə iki qısametrajlı filmin rejissoru olub. 1956-cı ildə “Invasion of the Body Snatchers klassikelmi-fantastik filmi mavi ekranlara çıxır. Siqel Elvis Presli, Stiv Makkuinlə, Li Marvinlə çalışıb. 1960-1970-ci illərdə Klint İstvudla bir neçə uğurlu iş birliyi olub. Onlardan biri “Çirkin Harri” polis kəskin filmi olub. Siqel artıq rejissor İstvudun yaradıcılığına təsir edib. Nəticədə “Bağışlanmayan” filmini Siqel və Serco Leoneyə həsr edib. 1948—1953-cü illərdə Siqel aktrisa Viveka Lindforsla ailəli olub. Cütlüyün 1952-ci ildə Kristofer Tabori adlı oğlu dünyaya gəlib. Atasının yolunu davam etdirərək aktyor və rejissor olub. 1957–ci ildə Dou Avedonla evlənib. Onların dörd övladı var. Siqel 20 aprel 1991–ci ildə Nipoma (Kaliforniya) 78 yaşında xərçəngdən vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D0%B3%D0%B5%D0%BB,_%D0%94%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç