Con Vernon
Aktyor
Con Kit Vernon (əsl adı Adolfus Raymondus Vernon Aqopsoviç (Adolphus Raymondus Vernon Agopsowicz) kanadalı aktyordur. 24 fevral 1932-ci ildə Kanadanın Zener şəhərində anadan olub. Kanada televiziyasında ulduz olandan sonra Hollivudda karyerasına davam edib. Con Vernon kinoda 1956-cı ildə debüt edib. Rejissor Maykl Andersonun Corc Oruellin eyniadlı romanı əsasında çəkilən “1984” filmində Böyük qardaşı səsləndirib. 1967-ci ildə Vernon məşhur triller Li Marvinlə “Atış” filmində baş rollardan birini ifa edib. 1969-cu ildə Alfred Hitçkokun “Topaz” casus filmində kubalı inqilabçı Riko Parra rolunda çəkilib. 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Vernon “Havay 5-O” və “Missiya icraolunmazdır” məşhur teleseriallarda çəkilib. Klint İstvudla baş rolda çəkildiyi “Çirkin Harri” filmində mer rolu ona beynəlxalq məşhurluq gətirib. “Heyvanxana” kult gənc komediyasında kollecin ciddi dekanı Vernon Uormer rolu ilə həqiqi şöhrət qazanır. 1980-cı illərdə Vernon multiplikasiya filmlərini səsləndirməyə başlayıb. “Vəhşi atəş”, “Dinozavrlar”, “Betmən”, “Hörümçək adam” və “Halk” cizgi filmləri personajlarını səsləndirib. 2000-ci ildə “Baldur’s Gate II: Shadows of Amn”, “Fallout: Brotherhood of Steel” və “Area 51” video oyunları səsləndirib. Con Vernon 1 fevral 2005-ci ildə Los-Ancelesdə ürək əməliyyatından sonra baş verən fəsadlar nəticəsində vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D1%80%D0%BD%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD