Harri Quardino
Aktyor
Qarri Quardino 23 dekabr 1925-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Karyerası 1950-ci illərin əvvəlindən 1990-cı illərin əvvəlinə kimi olan dövrü əhatə edir. Manhettendə italyan ailəsində anadan olsada, uşaqlığı Nyu-York ştatının Bruklin şəhərində keçib. Brodvey teatrında “A Hatful of Rain”, “One More River”, “Anyone Can Whistle”, “The Rose Tattoo”, “The Seven Descents of Myrtle” və “Woman of the Year” tamaşalarında oynayıb. “Üzən ev”, “Pork Çop Hillin hündürlüyü” “Beş penni”, “Hökmdarların hökmdarı” filmlərində də çəkilib. İki dəfə ən yaxşı ikinci dərəcəli kişi aktyoru kateqoriyasında “Qızıl qlobus” mükafatına namizəd olub. 1960–cı ildə “Overland Trail”, "The Virginian, “Checkmate” seriallarında çəkilib. 1993–cü ildə Kaliforniya, Palm-Sprinqsdə keçirilən Golden Palm Star onun şərəfinə keçirilib. 1995-ci ildə ağ ciyər xərçəngindən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%83%D0%B0%D1%80%D0%B4%D0%B8%D0%BD%D0%BE,_%D0%93%D0%B0%D1%80%D1%80%D0%B8