Lens Reddik

Lens Reddik

Aktyor

BİOQRAFİYA

Lens Reddik 31 dekabr 1962-ci ildə Merilend ştatının Baltimor şəhərində (ABŞ) anadan olub. Aktyor karyerasını 1990-cı illərdə başlayıb. İkinci dərəcəli və bəzən epizodik rollara çəkilib. “Mühasirə”, “Afrika aruzlarım”, “Con Uik” kimi filmlərdə və “Gizli dinləmə”, “Oz həbsxanası” və “Bosx” kimi seriallarda oynadığı rollara görə tanınır. 90-cı illərdə ən uğurlu rolları “Böyük gözləntilər”, “Afrika arzularım” və “Mühasirə” filmlərində aldığı rollar olub. 2000-ci illərdə populyar “Gizli dinləmə” serialında baş rollardan birini ifa etməklə şöhrət qazanıb. 2001-2004-cü illərdə “Qanun və qayda” serialında kapitan Həsən rolunu ifa edib. 2000-2001-ci illərdə “Oz həbsxanası” serialında Desmond Mobay obrazını yaradıb. 2005-2006-cı illərdə “CSI: Cinayət yeri – Mayami” serialının üç epizoduna çəkilir. 2008-ci ildə “Sağ qalmaq” teleserialına dəvət alır. 2009-cu ildə onun personajı Mettyü Abbadon Bencamin Laynusun əli ilə qətlə yetirilir, ona görə də Reddik bu layihədə iştirakını dayandırır. Kino və televiziya layihələrindən savayı, video oyunların səsləndirilməsində iştirak edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Lance_Reddick

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç