Mişel Düşossua

Mişel Düşossua

Aktyor

BİOQRAFİYA

Mişel Düşossua (fr. Michel Duchaussoy) — fransalı teatr və kino aktyorudur. 29 noyabr 1938-ci ildə  Belgiya sərhədi yaxınlığında Fransanın şimalındakı Nor departamentinin Valensyen şəhərində anadan olub. Paris ali dram sənəti üzrə milli konservatoriyasını bitirib. Komedi Fransez teatrı truppasında (1967—1984) çalışıb. Kinoda ilk dəfə rejissor Lui Malyanın “Şəxsi həyat” filminfə epizod rolda çəkilib. Rejissor Alen Jessyuanın “Qantökmə oyunu” filmindəki rolu ilə məşhurluq qazanıb.  Klod Şabrolun, Roje Vadim, Kosta-Qavrasın filmlərində çəkilib. Lük Bessonun Arturun sərgüzəştləri haqqında seriyasında Arçibald babanı səsləndirib. Karyerası boyunca yüz yetmişdən artıq filmdə müxtəlif rollara çəkilib. “Zorakılıqsız həyat” mədəniyyət xadimləri beynəlxalq təşkilatının fransa koordinasiya komitəsinin üzvü olub. 13 mart 2012-ci ildə ürək tutmasınan vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8E%D1%88%D0%BE%D1%81%D1%81%D1%83%D0%B0,_%D0%9C%D0%B8%D1%88%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç