Yavuz Turqul
Ssenarist, rejissor, prodüser
Yavuz Turqul – türkiyəli rejissor və ssenaristdir. 5 aprel 1946-cı ildə İstanbulda anadan olub. İstanbul universitetinin jurnalistika institutunu bitirib. Məzun olduqdan sonra bir müddət jurnalist kimi fəaliyyət göstərib, daha sonra filmlərə ssenari yazmağa başlayıb. 70-ci illərin sonlarında 80-ci illərin əvvəllərində məşhurlaşıb. Ertem Egilmez və Kartal Tibetlə (rejissorlar) sıx əməkdaşlıq edib, onların çəkdiyi bir sıra filmlərə ssenari yazıb. Buna misal kimi Türkiyənin kult filmləri sayılan “Tosun-Paşa” (1976), “Sultan” (1978), “Hababam sinifi Güle Güle” (1981) filmlərini göstərmək olar. Sinan Çetinlə birlikdə çəkdiyi “Çiçək Abbas” filminə görə ən yaxşı ssenari nominasiyasında “Qızıl portağal” mükafatına namizəd olub. “Fəxriyyə bacı” bədii filmində rejissor qismində debüt edib. Nesli Çölgeçenin çəkdiyi “Ağa” filminə yazdığı ssenariyə görə “Qızıl Portağal” mükafatı laureatı olub. Karyerasının ən uğurlu filmi isə “Muhsin” bədii filmi sayılır. Ona görə iki nominasiyada “Qızıl Portağal” mükafatı ilə yanaşı, İstanbul və San-Sebastyan kinofestivallarının mükafatçısı olub. Aktrisa İtir Esenlə evlidir. İki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%83%D1%80%D0%B3%D1%83%D0%BB,_%D0%AF%D0%B2%D1%83%D0%B7