Tayler Perri

Tayler Perri

Ssenarist, rejissor, prodüser, aktyor, bəstəkar

BİOQRAFİYA

Tayler Perri 14 sentyabr 1969-cu ildə ABŞ-ın Luiziana ştatında anadan olub. Amerikalı aktyor, rejissor, dramaturq, sahibkar, ssenarist, prodüser və yazıçıdır. 2011-ci ildə "Forbes" jurnalı onu "Kütləvi əyləncə sferasında ən varlı insan" adlandırıb. 2010-cu ilin mayından 2011-ci ilin mayına qədər onun gəliri 130 milyon dollar olub. 2006-cı ildən etibarən "Tyler Perry Studios" kinostudiyasının təsisçisi və sahibidir. “Medeyanın miladı” (2013), “Ailə məsləhətçisi” (2013), “Medeya şahidlərinin müdafiəsi proqramı” (2012) və sair filmlərin, “Peyn ailəsinin evi” (2006-2012), “Braunlarla tanışlıq” (2009-2010) seriallarının rejissoru və ssenaristi olub. “Ulduz yolu” (2009), “Medeyanın miladı” (2013), “Medeya şahidlərinin müdafiəsi proqramı” (2012)  və sair film və “Peyn ailəsinin evi” (2006-2012), "TV One on One" (2005-2009) seriallarının çəkilişlərində iştirak edib. "Madea Goes to Jail" (2006) filmi üçün musiqi bəstələyib. “Gücən” (2009), “Medeyanın miladı” (2013), “Ailə məsləhətçisi” (2013) və sair film və "Peyn ailəsinin evi” (2006-2012), “Braunlarla tanışlıq” (2009-2010) seriallarının prodüseri olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Tyler_Perry

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç