Nadejda Qorelova

Nadejda Qorelova

Aktrisa

BİOQRAFİYA

Nadejda Qorelyova 1 aprel 1974-cü ildə Yekaterinburqda anadan olub. Musiqi məktəbini bitirib. 1995-ci ildə Rusiya Dövlət İncəsənət Akademiyası (QİTİS) məzunu olub. “Şüşədən heyvərə” tamaşasında Laura”, “Üç bacı” tamaşasında İrina rolunda səhnəyə çıxıb. “Diablo III”, “Qanunun aliliyi”, “Giriş kodu: Cənnət” video oyunlarında müxtəlif personajları səsləndirib. Kinoda 1996-cı ildə Yelena Karsevayanın “Amata Nobis” adlı qısametrajlı filmində gerçəkləşdirib. 1998-ci ildə Aleksey Saxarovun “Qızğın yerdə” filmində Anuşka rolunu oynayıb. Əlamətdar işləri “Generalın son əmri” filmində Bella, “Şər cazibəsi” filmində Ariadna Efron, “Savva” filmində Tatyana Lübatoviç”, “Masterin son sirri” filmində Nina Divnyova, “Qəzalı vəziyyət” filmində Lena rolu sayılır. Daha çox “Skilfosovski” tibbi serialında tibb bacısı Lena Mixaylyova rolu ilə məşhurlaşıb (seriala 2-ci mövsümdən qatılıb). Bəstəkar Vyaçeslav Osmininlə evlidir. “Çudesnıy Splav” adlı tələbə tamaşasında iştirak edən zaman tanış olublar. Sonradan Vyaçeslva aşiq olduğu Nadejdanın iştirak etdiyi müxtəlif film və tamaşalara musiqi yazıb. Cütlüyün üç övladı var: Arseniy, Mariya və Kseniya.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://stuki-druki.com/authors/Gorelova-Nadezhda.php 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç