Yekaterina Rednikova
Aktrisa
Yekaterina Valyerevna Rednikova - sovet və rusiya teatr və kino aktrisasıdır. Yekaterina Rednikova 17 may 1973-cü ildə Moskvada anadan olub. Moskvanın cənub-şərqində yerləşən 1208 saylı orta məktəbi bitirib. 1994-cü ildə isə Rusiya Teatr İncəsənət Akademiyasının (QİTİS) məzunu olub. “Et Cetera” teatrında Yucin Onilin “Üfuqdən o tərəfə”, Molyerin “Qeyri-ixtiyari təbib”, Bernard Şounun “Əsmər sonet qadını” pyeslərində müxtəlif rollarda səhnəyə çıxıb. Kinoda debütü 1990-cı ildə rejissor Oleq Kaxunun “Baharın sonunda başlayan dərslər” sosial dramında baş tutub. Ardınca “Sonsuzluq”, “Müqaviləsiz risk” (1992), “Şeytan simfoniyası” (1994) filmlərinin çəkilişində iştirak edib. İlk şöhrəti ona Pavel Çuxruyun “Oğru” (1997) filmində yaratdığı obraz gətirib. Həmin rola görə aktrisa ən yaxşı qadın rolu nominasiyasında “Nika” mükafatı laureatı olub. Lent eyni zamanda 1997-ci ildə Rusiyadan “Oskar” mükafatına namizəd olub. 2008-ci ildə prodüser Sergey Konova ərə gedib. 23 avqust 2012-ci ildə Los-Ancelesdə onların Lavr adlı oğlu dünyaya gəlib. Aktrisa tanınmış kinoulduz Milla Yovoviçin ən yaxın rəfiqələrindəndir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%B4%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%95%D0%BA%D0%B0%D1%82%D0%B5%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0