Qüstav Flober

Qüstav Flober

Yazıçı

BİOQRAFİYA
Qüstav Flober 1821-ci il 12 dekabrda cərrah ailəsində dünyaya gəlib. 1857-ci ildə yazılmış ilk romanı "Madam Bovari" ilə daha çox tanınır. Kiçik yaşlarından əsərlər yazmağa başlayıb. Doğma şəhərində təhsil alıb. 1840-cı ildə Parisə gedib və hüquq təhsili alıb. Burada Viktor Hüqo ilə tanış olub. 1846-cı ildə Parisi tərk edir.1854-cü ildən doğma şəhərində anası ilə yaşamış və heç vaxt evlənməyib. Müxtəlif ölkələrə səyahət edib. Eyni qədər romantik və realist bir yazıçı olub. XX əsr yazıçılarına təsir edib. Bunlardan biri də Frans Kafkadır. 12 dekabr 1821-ci ildə Fransa Rouendə doğulub. 1880 ildə xəstəlik nəticəsində həyatını itirdi. Atası Achille Flaubert Rouendəki bir xəstəxananın baş cərrahı, anası da bir həkim qızıdır. 1840-cı ildə liseyi bitirib və 1841-ci ildə Paris Hüquq Fakültəsinə qəbul olub. 22 yaşındaykən ölümcül olduğu qəbul edilən bir xəstəliyə tutulduğu ortaya çıxır. Buna görə də təhsilini tamamlaya bilməyib. 1846-cı ildə atasını itirib. Bir qızı olan bacısı da ölüncə, anası və bacı oğlusuyla Rouen yaxınlarındakı Croissetə yerləşir, həyatının bütününü burada keçirir. İlk yazılaarı 1837-ci nəşr olunub. 1949-cu ilin noyabrından, 1851-ci ilin aprelinə qədər Maxime du Camp ilə birlikdə Yunanıstan, Anadolu, Misir, Fələstin, Suriya və İtalyanı gəzib. İçə qapalılığından, tək Misirə və Tunisə etdiyi səfərlərlə canını qurtarıb. Məşhur romanı "Salambonu" ona ilhamlandıran da, bu səfərlər oldu. Ədəbiyyat dünyasından bir çox adamla məktublaşdı. Bu məktublardan bəziləri sonradan böyük ad qazanib. Realizm axınını başladan adam olaraq göstərilməsində məşhur romanı "Madame Bovary" qədər bu məktublarda dilə gətirdiyi ədəbiyyat və sənətlə əlaqədar fikirləri də təsirlidir. Yaşadığı dövrdə kitablarından maddi qazanc təmin edə bilmədi. Həyatının son illəri ağrılar, ədəbi müvəffəqiyyətsizliklər və maddi çətinliklərlə keçdi. Bu dövrdəki ən böyük ovuntuları, mənəvi oğlu olan "Guy da Maupassantın" müvəffəqiyyəti və başını Əmilə Zolanın çəkdiyi natüralist (təbiiçi) qrupun ona verdiyi dəyər idi. Ən məşhur romanı olan "Madam Bovari" 1856-cı ildə nəşr olunduğunda, yazar və nəşrçi haqqında əxlaqsızlığa təşviq günahından iddia açıldı. "Madam Bovari" bu gün dünya ədəbiyyatının təməl daşlarından biridir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Q%C3%BCstav_Flober
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç