Dipa Sahi
Aktrisa
Dipa Sahi 30 noyabr 1962-ci ildə Hindistanın Dehradun şəhərində dünyaya göz açıb. Sonradan ailəsi Kanadaya köçsə də, Dipa Hindistanda yaşamağa davam edib. Kinorejissor Ketan Mehtanın həyat yoldaşıdır. Bu hər ikisinin ikinci evliliyidir. Ketan Mehta Hindistanın müstəqillik fəalı Uşi Mehtanın qardaşı oğludur. National School of Drama adlı Dehli teatr institutunu bitirdikdən sonra Dipa teatr səhnəsində çıxışlar etməyə başlayıb. Kinokaryerasının əvvəlində rejissor Qovind Nihalani ilə əməkdaşlıq edib. Onun debütü 1984-cü ildə çıxmış “Şənlik” filminə təsadüf edir. Bədii film tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Növbəti il “Mat-məəttəl” filmində rol alıb. Əsasən müstəqil abu-havada böyümüş və əcdadlardan miras qalan ənənələrə meydan oxuyan pəncab qadın obrazları yaradır. Həyat yoldaşının “Qəhrəman” (1988), “Xanım Maya” (1993), “Əziz vətən, Hindistan” (1995) filmlərinə çəkilib. Son çəkildiyi kino 1998-ci ildə ekranlara çıxan “Uğursuz gəzəyən” filmi sayılır. Sonradan rejissor kimi fəaliyyət göstərməyə başlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D1%85%D0%B8,_%D0%94%D0%B8%D0%BF%D0%B0