Jan Mişel Bernar
Bəstəkar
Jan-Mişel Bernar - fransalı bəstəkar və aktyordur. 23 noyabr 1961–ci ildə Fransada anadan olub. Gələcək bəstəkar iki yaşından pianoda çalıb. 14 yaşında Jan-Mişel Bordo Konservatoriyasında birinci yeri qazanıb. Parisdə musiqi məktəbinin məzunu olub. 5 ildən sonra Bernar Londonda Kral Filarmoniya Orkestri ilə birlikdə çıxış edib. Karyerası boyunca bəstəkar ən tanınmış musiqiçilərlə çalışıb. Jan-Mişelin kinematoqrafiyada debütü 1990-cı ildə Klod Şabrolun “Klişidə sakit günlər” uğursuz filmində olub. Bir ildən sonra Bernar həmin rejissorun “Madam Brovari” filmi üçün musiqi bəstələyib. 2006-2008–ci illər bəstəkar üçün məhsuldar olub. Onun filmoqrafiyasında maraqlı layihələr yer alır. “Yuxu elmi” (2006), "Geri qaytarma", "Fırıldaqçılar" və sair 2011-2013–cü illərdə Jan–Mişel Bernar "Gəmiyə xoş gəldiniz" (2011), "Paris-Manhetten" (2012), "Brilyantı necə oğurlamaq" və sair filmlər üçün çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/bernard-jean-michel-313.phtml