Albert Bruks

Albert Bruks

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Albert Bruks 22 iyul 1947-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində anadan olub. Karyerasına radioaparıcı işləyən atası Qarri Parkın sayəsində radioda başlayıb. 1976-cı ildə ilk dəfə rejissor Martin Skorsezenin “Taksi sürücüsü” dram trillerinə çəkilib (Tom roluna). 1987-ci ildə Ceyms Bruksun “Telexəbərlər” komediyasında oynadığı müxbir Aaron Altman roluna görə “Oskar” mükafatına namizəd olub. 2003-cü ildə Disney/Piksar studiyalarının birgə istehsalı olan “İtkin Nemo” iribüdcəli cizgi filmində əsas personajını səsləndirib. 2011-ci ildə böyük ekranlara Nikolas Refnin “Drayv” kriminal trillerinin çıxması ilə yenidən məşhurlaşıb. Oynadığı rolla kinotənqidçilərin rəğbətini və “Qızıl qlobus” mükafatına nominasiya qazanıb. Onun həmçinin “Oskar” mükafatına (ən yaxşı ikinci plan aktyor) namizədliyini irəli sürsələrdə, aktyor şort-listə (qısa siyahı) düşə bilməyib. Aktyor həmçinin məşhur “Simpsonlar” cizgi serialında müxtəlif personajları səsləndirməsi ilə populyarlaşıb. Albert Bruks Kimberli Şleynlə evlidir. Cütlüyün 1998-ci il təvəllüdlü oğlu və 2000-ci il təvəllüdlü Kler Elizabet adlı qızı var. Onlar Los-Ancelesdə yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D1%83%D0%BA%D1%81,_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80%D1%82

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç