Castin Baldoni

Castin Baldoni

Rejissor, prodüser, aktyor

BİOQRAFİYA

Castin Luis Baldoni – italiya əsilli amerikalı aktyor və rejissordur. “Bakircə Ceyn” serialında oynadığı Rafael Solano rolu ilə məşhurdur. “Ən yaxşı öpüş səhnəsi” nominasiyasında MTV mükafatına namizəd olub. Castin Luis Baldoni 24 yanvar 1984-cü ildə Kaliforniya ştatında anadan olsa da, uşaqlığı və yeniyetməliyi Oreqon ştatının Medford şəhərində keçib. Şeron Baldoninin ana tərəfi yəhudi, atası isə italyandır. Ailəlikcə bəhailik dininə sitayiş ediblər. Yeniyetməlik illərində Castin futbolla və yüngül atletika ilə məşğul olub. Həmçinin bir müddət yerli radiostansiyada disko cokey işləyib. Aldığı xəsarətlə əlaqədar idmanla vidalaşmalı olub. Yeni evinə köçdükdən sonra bir menecerlə tanış olub və sonuncu ona özünü kinoda sınamağı tövsiyə edib. Beləcə Castin aktyor karyerasına başlamaq üçün Los-Ancelesə köçüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BB%D1%8C%D0%B4%D0%BE%D0%BD%D0%B8,_%D0%94%D0%B6%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç