Koul Sprous

Koul Sprous

Aktyor

BİOQRAFİYA

Koul Mitçell Spraus – amerikalı aktyordur. Aktyor Dilan Sprausun əkiz qardaşıdırı. Daha çox “Dostlar” teleserialında Ben Geller, “Hər şey zordu və ya Zak və Kodinin həyatı” serialında Kodi Martin və “Riverdeyl” serialında Caqhed Cons rolları ilə tanınıb. Dilan və Koul qardaşları 4 avqust 1992-ci ildə İtaliyanın Arezzo şəhərində anadan olublar. Onların valideynləri Mettyü və Melani Rayt həmin vaxt Toskanada ingilis dilindən dərs deyirdi. Koula məşhur amerikalı cazz ifaçısı və pianoçusu Nat Kinq Koulun adı qoyulub. Dünyaya gələndən 4 ay sonra ailə Kaliforniyanın Lon-Biç qəsəbəsinə köçüb. 2010-cu ilin iyun ayında Koul Laurel Springs School orta məktəbini bitirib. Koulun boyu 1.83 sm-dir. Hazırda Los-Anceles şəhərində yaşayır. 2017-ci ildə yumorist Cimmi Fellonun “The Tonight Show” verilişində qonaq olub. 2019-cu ildə “Həsri basma dolan gəl” (Five Feet Apart) romantik dramında baş rollardan birini ifa edib. Ekran əsərində tərəf - müqabili Heyli Lu Riçardson olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BF%D1%80%D0%B0%D1%83%D1%81,_%D0%9A%D0%BE%D1%83%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç