Heyli Lu Riçardson

Heyli Lu Riçardson

Aktrisa

BİOQRAFİYA

Heyli Lu Riçardson – amerikalı aktrisadır. Daha çox “Demək olar ki onyeddi”, “Split” (2016) və “Həsri basma dolan gəl” (Five Feet Apart, 2019) filmlərində canlandırdığı obrazlarla məşhurdur. Riçardson 7 mart 1995-ci ildə ABŞ-ın Arizona ştatının Feniks şəhərində anadan olub. Anası reklam mütəxəssisi, atası isə qolf meydanı memarı olub. “Villa Montessori” orta məktəbini daha sonra “Arcadia” ali məktəbini bitirib. Şagird olduğu illərdə teatr tamaşalarında və rəqs dərnəklərinə fəal şəkildə iştirak edib. 16 yaşında olanda anası ilə birlikdə Los-Anceles şəhərinə köçüb. Riçardson “Reyvensvud” və “Sağalma yolu” seriallarında ikinci plan rollarla aktrisa karyerasına başlayıb. 2016-cı ildə “Demək olar ki, on yeddi” filmində ikinci dərəcəli rol alıb, həmçinin “Split” psixoloji trillerinə çəkilib. Karyera yüksəlişi “Kolumbus” filmində oynadığı Keysi rolu ilə başlayıb. Həmin rolla onu “ən yaxşı qadın rolu” nominasiyasında “Qotem” mükafatına namizəd olub. 2019-cu idlə “Həsri basma dolan gəl” (Five feet apart, 2019) romantik dramında baş qadın rolunu oynayıb. Şəxsi həyatına gəlincə 2012-ci ildən aktyor Brett Dayerlə görüşür. 2018-ci ildə cütlük nişanlanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%A5%D0%B5%D0%B9%D0%BB%D0%B8_%D0%9B%D1%83

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç