Mira Nair

Mira Nair

Rejissor, ssenarist, prodüser, aktrisa

BİOQRAFİYA

Mira Nair — hind əsilli amerikalı kinorejissor, ssenarist, aktrisa və prodüserdir. 15 oktyabr 1957-ci ildə orta təbəqəli ailədə anadan olub. Dehli Universitetinin sosiologiya fakültəsini bitirib. 19 yaşında ABŞ-a köçür və Harvard Universitetində təhsilini davam etdirir. Kann kinofestivalının (1990), münsiflər heyətinin üzvü olub, 2002-ci ildə Berlin kinofestivalının münsiflər heyətinin sədri olub. Nyu-Yorkun “India Abroad" qazeti onu 2007-ci ilin adamı adlandırıb. “Salam Bombey” (1988), "Kama Sutra: sevgi hekayəsi” (1996), "Peres ailəsi" (1995), "Nyu-York mən səni sevirəm" (2008), “Ameliya” (2009), “Katve kraliçası” (2016), “Tanrılarla söhbət” (2014), “Adaşlar” (2006), “Şöhrətpərəstlik yarmarkası” (2004), "11 sentyabr" (2002) və sair filmlərin rejissoru olub. "Kama Sutra: sevgi hekayəsi” (1996), "Missisipi masalı" (1991), “Salam Bombey” (1988), “Qan qardaşlığı” (2007) və sair filmlərin prodüseri olub. "Kama Sutra: sevgi hekayəsi” (1996), "Missisipi masalı" (1991), “Salam Bombey” (1988) və sair filmlərin ssenaristi olub. “Bollivud çağırır” (2003), “Peres ailəsi” (1995), "Missisipi masalı" (1991) və sair filmlərdə özünü aktrisa kimi sınayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B0%D0%B8%D1%80,_%D0%9C%D0%B8%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç