Teylor Şillinq

Teylor Şillinq

Aktrisa

BİOQRAFİYA

Teylor Şillinq (Taylar Schilling) – amerikalı aktrisadır. 27 iyul 1984-cü ildə Bostonda anadan olub. NBC-nin qısaömürlü “Şəfqət” (2009-2010) serialında baş rolu oynayıb. Daha sonra “Atlant çiyinlərini çəkdi: Birinci hissə” ( 2011) və “Bəxtəvər” (2012) lentlərinə çəkilib. Daha çox Şillinqə Netflixin yayımladığı “Narıncı – mövsümün hiti” serialında canlandırdığı Payper Çepmen rolu gətirib. Həmin rola görə 2014-cü ildə “Emmi” və “Qızıl qlobus” mükafatına namizəd olub. Şillinq Veyland orta məktəbini bitirib, 2006-cı ildə Fordhem universitetinin incəsənət bakalavr dərəcəsini alıb. Ardınca aktyorluq sənətinin incəliklərinin Nyu-York Universitetində öyrənib. 2007-ci ildə “Qara tarix” müstəqil filmində kiçik rolla debüt edib. 2012-ci ildə Şillinq “Narıncı – mövsümün hiti” serialında rol alıb. Serialda biseksual qadın Payper Çepmeni oynayır. Kastinqlərdə bir sıra məşhur aktrisalardan üstün olmağı bacarıq. Həmin rol ona 2014-cü ildə ən yaxşı qadın rolu (televiziya serialında) nominasiyasında “Qızıl qlobusa” namizədlik qazandırıb. Daha sonra isə “Emmi” mükafatına da namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BD%D0%B3,_%D0%A2%D0%B5%D0%B9%D0%BB%D0%BE%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç