Helena Noguerra

Helena Noguerra

Aktrisa, rejissor, bəstəkar

BİOQRAFİYA

Helena Noguerra 18 may 1969-cu ildə Brüsseldə (Belçika) anadan olub. Belçikalı aktrisa, fotomodel, müğənni, yazıçı və aparıcıdır. Musiqi karyerasına 1988–ci ildə, aktyorluq karyerasına —1989–cu ildə başlayıb. Solo karyerasında “Dillinger Girl” təxəllüsü ilə tanınıb. 2010-cu ildən Nouvelle Vague fransa qrupunda çıxış edir. Fotomodel qismində Fransanın “Click” və “Viva” agentlikləri ilə çalışıb. Helenanın ilk debüt albomu Projet Bikini 1999-cu ildə musiqi karyerasının 10-cu ilində işıq üzü görüb. Kino debütü 1989-cu ildə “Hamam otağı” filmində epizodik rolu olub. Uzun illər qısametrajlı filmlərdə çəkilib. Kinoya qayıdışı 2001-ci ildə “İlahi uşaq” fransız dramı ilə olub. Zamanla ikinci dərəcəli rollardan daha geniş miqyaslı rollara çəkilir. 2005-ci ildə “Qara qutu”, 2009-cu ildə “Salazarın şəxsi həyatı” filmində baş rollarda çəkilib. 2002-ci ildə özünü yazıçı kimi sınayan Helena “Düşmən içəridədir” kitabını dərc edir. 2006-cı ildə teatr səhnəsində debüt edir. 2010-cu ildə “Məftunedən” və “Mumu” filmlərində, 2011-ci ildə Kristian Klavyenin “Ailəni seçmirlər” komediyasında baş rolda çəkilib. 2014-cü ildə Helena Rusiya kinematoqrafında debüt edərək “Parisdə mətbəx” komediya filmində Fransanın prezidenti rolunda çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%BE%D0%B3%D1%83%D1%8D%D1%80%D1%80%D0%B0,_%D0%AD%D0%BB%D0%B5%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç