Müriel Robin

Müriel Robin

Aktrisa, ssenarist

BİOQRAFİYA

Müriel Mari Janna Robin 2 avqust 1955 –ci ildə Monbrizonda (Fransa) anadan olub. Fransalı kino, teatr, televiziya aktrisasıdır. Müriel Robin çəkməçi ailəsində anadan olub və üç uşaqdan biri olub. 1960-cı ildə Sent–Etyenə köçür. Uşaqlıqdan müğənni olmaq arzusu ilə yaşayıb. Kiçik yaşlarından atası ilə ayaqqabı satıb. 1977-ci ildə Parisə köçür və Floranın teatr kurslarına yazılır. Ardınca Milli Dram İncəsənət Ali Konservatoriyasına daxil olur. Üç ildən sonra təhsilini bitirən Müriel Sent-Etyenə qayıdır və ayaqqabı satışını davam edir. 1981-ci ildə Parisə gedən Müriel Anni Qreqorio ilə rastlaşır və Kiçik Bvar teatrına işə düzəlir. Parisdə aktyor teatrı təsis edən Pyer Palmada ilə tanış olur. Layihə qısa zamanda məşhurlaşır və tanınır. 1994-1997-ci illərdə müxtəlif teatr tamaşalarında çıxış edir. 1997-ci ildə ilk dəfə kinoda baş rolda çəkilib. Onu “Yadplanetlilər 2: Zaman dəhlizi” filminə dəvət edirlər. Bu roldan sonra aktrisa daha çox şöhrət qazanıb. 2000-ci ildə “Xoşbəxtlik axtarışında” filmində baş rola dəvət alır. 2006-c ildə Mari Benar mini-serialında Mari Benar roluna görə “Emmi” mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B5%D0%BD,_%D0%9C%D1%8E%D1%80%D0%B8%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç