Kristian Klavye

Kristian Klavye

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Kristian Jan-Mari Klavye 6 may 1952-ci ildə Parisdə anadan olub. Fransalı aktyor, ssenarist, Ouille Production kinoşirkətinin rəhbəridir. “Yadplanetlilər” filmindən komik personaj canlandırdıqdan sonra məşhurlaşıb. Onun «Okkkkkkkayyyyyyy!!!» ifadəsi tamaşaçılar arasında populyarlaşıb. Ardınca “Asteriks və Obeliks Sezara qarşı”, “Asteriks və Obeliks “Kleopatra missiyası” filmlərində, eyni zamanda “Yadplanetlilər” filminin remeyki “Yadplanetlilər Amerikada” (2001) çəkilib. Kristian Klavye “Mələk və şeytan arasında” filmi və “Napaleon” (2002), tarixi teleserialındakı rolları da yadda qalıb. Tənqid olunmasına baxmayaraq, “Emmi” mükafatına layiq görülüb. Digər televiziya seriallarında bir çox rolları ifa edib. Jan Reno ilə “Ailəni seçmirlər”, “Tuşonka əməliyyatı”, “Korsikalı”, “Yadplanetlilər” filmlərində iş birliyi uğurlu olub. Eyni zamanda Jerar Depardye ilə "Asteriks və Obeliks Sezara qarşı”, “Asteriks və Obeliks “Kleopatra missiyası”, “Mələk və şeytan arasında”, “Səfillər” filmlərində çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BB%D0%B0%D0%B2%D1%8C%D0%B5,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç