Fiona Qordon

Fiona Qordon

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Fiona Qordon — kanadalı aktrisa, rejissor, prodüser və ssenaristdir. Həyat yoldaşı Dominik Abellə birlikdə çalışır. Fiona Qordon 1957-ci ildə Avstraliyada anadan olub. Kanadada Vindzor Universitetini teatr sənəti üzrə bitirib. 1980-cı illərin əvvəllərində Parisə köçür və Jak Lekokun teatr məktəbinə daxil olur.  Elə buradada gələcək əri və tərəfdaşı Dominik Abellə rastlaşır və “Courage My Love şirkətini təsis edirlər. 1987-ci ildə Dominik Abel və Fiona Qordon rəsmi nikaha girir. Birgə yaradıcılıq karyeralarını davam etdirirlər. Bir çox ölkələrdə konsert proqramı ilə çıxış ediblər. 2000-ci illərin əvvəlində Fiona kinoya çəkilməyə başlayır. İlk əvvəl qısametrajlı filmlərdə çəkilib. Daha sonra Dominik Fiona və rejissor Bruno Romi ilə birlikdə “Aysberq” ilk tammetrajlı filmini çəkir. Filmin ssenari müəllifi və baş qəhrəmanı özü olub. Romi ilə əməkdaşlığı davam etdirən Dominik “Rumba”, “Pəri” filmlərini çəkir. 2016-cı ildə Abel-Qordon növbəti filmləri olan “Parisdə möcüzələr” adlı filmlərini çəkirlər. Filmlərdə özlərindən başqa fransız aktyorları Emmanüel Riva və Pyer Rişar iştirak edir. Filmin süjeti Parisə köçən və burada həyatının sevgisinə rast gələn qadından bəhs edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%80%D0%B4%D0%BE%D0%BD,_%D0%A4%D0%B8%D0%BE%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç