Dominik Abel

Dominik Abel

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Dominik Abel — belçikalı aktyor, rejissor, ssenarist və prodüserdir. Həyat yoldaşı Fiona Qordonla birlikdə çalışır. Dominik Abel 1957-ci ildə Belçika Tüen anadan olub. Orta məktəbi bitirəndən sonra Leven-la-Neve Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra özünü bu sahədə tapmayacağını anlayan Dominik, nəticədə Jak Lekokun teatr məktəbinə daxil olur. 1980-cı illərə Dominik Abel aktrisa Fiona Qordon ilə tanış olur və “Courage My Love şirkətini təsis edir. 1987-ci ildə Dominik Abel Fiona Qordonla evlənir və birgə yaradıcılıq karyeralarını davam edir. Bir çox ölkələrdə konsert proqramı ilə çıxış ediblər. 2000-ci illərin əvvəlində Dominik Abel kinoda çəkilməyə başlayır. İlk əvvəl qısametrajlı filmlərdə çəkilib. Daha sonra Dominik Fiona və rejissor Bruno Romi ilə birlikdə “Aysberq” ilk tammetrajlı filmini çəkir. Filmin ssenari müəllifi və baş qəhrəmanı özü olub. Romi ilə əməkdaşlığı davam etdirən Dominik “Rumba”, “Pəri” filmlərini çəkir. 2016-cı ildə Abel-Qordon növbəti filmləri olan “Parisdə möcüzələr” adlı filmlərini çəkirlər. Filmlərdə özlərindən başqa fransız aktyorları Emmanüel Riva və Pyer Rişar iştirak edir. Filmin süjeti Parisə köçən və burada həyatının sevgisinə rast gələn qadından bəhs edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D0%B5%D0%BB%D1%8C,_%D0%94%D0%BE%D0%BC%D0%B8%D0%BD%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç