Ketrin Oksenberq

Ketrin Oksenberq

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Ketrin Oksenberq – serb-yəhudi əsilli amerikalı aktrisadır. Daha çox 80-ci illərin “Sülalə“ serialında Amanda Kerrinqton rolu ilə məşhurdur. Şahzadə Yuqoslaviyalı Yelizavetanın qızıdır. 22 sentyabr 1961-ci ildə Nyu-Yorkda anadan olub. Uşaqlığı Londonda keçib. Anasının ilk əri – Hovard Oksenberqdən (geyim istehsalçısı və Kennedi ailəsinin yaxın dostu olub) olan qızıdır. Oksenberqin debütü 1982-ci ildə "The Royal Romance of Charler and Diana“ teleserialında baş tutub. Həmin serialda Diana (Uels şahzadəsi) rolunu oynayıb. Ketrinin 1991-ci il təvəllüdlü Riven Oksenberq adlı qızı var, uşağın atasının kimliyi bilinmir. 1998-ci ildə bir aydan da az müddətə prodüser Robert Evansla evli olub. 8 may 1999-cu ildə aktyor Kasper Van Dinə ərə gedib. Onların nikahdan iki qızı var. Cütlük 2015-ci ildə boşanıb.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%BA%D1%81%D0%B5%D0%BD%D0%B1%D0%B5%D1%80%D0%B3,_%D0%9A%D1%8D%D1%82%D1%80%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç