Kasper Van Dayn

Kasper Van Dayn

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Kasper Robert Van Dayn kiçik – amerikalı aktyordur. Daha çox “Ulduz desantı” (1997) və “Ulduz desantı 3” filmlərində Conni Riko rolu ilə tanınır. 18 dekabr 1968-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Ricvud şəhərində anadan olub. Anası məktəbəqədər müəssissə (bağça) müəllimi, atası ABŞ HHQ ehtiyatda olan pilot zabiti olub. Van Dinlər Nyu-Yorkun ilk sakinlərindən olan qədim holland nəslindəndirlər. Aktyorun damarlarında eyni zamanda isveç, fransız, ingilis, hətta hindu qanı axır. Kaster həddi buluğa çatanda ailəsi ilə Floridaya köçüb. Orada Sen-Pitersberq şəhərində Admiral Farraqut adına Akademiyaya daxil olub. Ardınca Florida Universitetinə qəbul olunsa da, təhsili başa vurmayıb. 1992-ci ildə tanınmış aktyor Robert Mitçemin nəvəsi Kerri Mitçem ilə görüşməyə başlayıb. Növbəti il onlar evləniblər. 23 sentyabr 1993-cü ildə onların Kasper “Kappi” Robert Mitçem Van Din adlı oğlu dünyaya gəlib. Kasperin oğlu Van Dinlər nəslinin on ikincisi olub. 15 oktyabr 1996-cı ildə Kerolayn Doroti Qreys adlı qızı doğulub. Ancaq bir il sonra cütlük yollarını ayırıb. 8 may 1999-cu ildə Van Din aktrisa Ketrin Oksenberqlə ailə qurub. Onlar bundan əvvəl “Omeqa kodu” və digər filmlərin çəkilişlərində birlikdə iştirak ediblər. Ketrin Kasperdən 7 yaş böyükdür, o şahzadə Yuqoslaviyalı Yelizavetanın qızıdır. Onların bu izdivacından 2001 və 2003-cü il təvəllüdlü Maya və Selest adlı iki qızı var. 2015-ci ildə yollarını ayırıb, boşanma üçün sənədləri məhkəməyə təqdim ediblər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BD_%D0%94%D0%B8%D0%BD,_%D0%9A%D0%B0%D1%81%D0%BF%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç