Volker Bertelman
Bəstəkar
Volkler Bertelman - almaniyalı bəstəkar və pianoçudur. Əsasən “Hauşka” səhnə adı ilə tanınır. Volker Bertelman 1966-cı ildə Almaniyanın Kroystal şəhərində anadan olub. Doğulandan dərhal sonra ailəsi Zigen-Vittgenştayn yaxınlığında yerləşən balaca kəndə köçüb. Volker altı övladlı ailənin beşinci uşağı olub. 8 yaşında olanda ilk dəfə olaraq Kilsədə milad ayinləri zamanı piano arxasına əyləşib. Musiqi istedadının olduğunu görüb, növbəti 10 il ərzində fortepianoda ifanı öyrənib. 14 yaşında olanda ilk rok qrupunu yaradıb. Orta məktəbi bitirdikdən sonra tibb üzrə ali təhsil almaq üçün Köln şəhərinə köçüb, ancaq iş elə gətirib ki, sənədlərini sonradan iqtisad fakültəsinə verib. Ancaq bir müddətdən sonra ümumiyyətlə təhsilini yarımçıq qoyaraq, özünü musiqiyə həsr edib. 1992-ci ildə əmisi oğlu ilə birlikdə hip-hop dueti yaradıb. Duet bir neçə albom buraxıb, beynəlxalq çıxışlar etsə belə, 1995-ci ildə dağılıb. 2010-cu ildən etibarən film və seriallara musiqi yazır. Bertelman evlidir, üç övladı var. Hazırda Düsseldorfda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/folker_bertelman/