Nazənin Boniadi

Nazənin Boniadi

Aktrisa

BİOQRAFİYA

Nazənin Boniadi – iran əsilli britaniyalı aktrisadır. Hal-hazırda ABŞ-da yaşayır. 22 may 1980-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. İran inqilabı zamanı valideynləri ilə birgə Londona mühacirət edib. Nazənin orada özəl məktəbdə oxuyub. Valideynlərinin istəyi Nazənin Kaliforniya Universitetinin biologiya fakültəsinə daxil olub. 2003-cü ildə biologiya elmləri üzrə bakalavr dərəcəsi alıb. Bir müddət saentologiya ilə məşğul olub və sektanın üzvlərindən olan Tom Kruzla qısa eşq macərası yaşayıb. Ancaq sonradan saentologiya kilsəsindən çıxaraq, ibadət etməyən müsəlman olduğunu bildirib. İlk əlamətdar rolunu ABC-nin “Baş xəstəxana” sabun operasında oynayıb. Ardınca “Çarli Uilsonun müharibəsi”, “Dəmir adam”, “Qaçış üçün üç gün” və digər filmlərdə rol alıb. 2011-ci ilin fevral ayında “Sənin ananla necə tanış oldum” serialında Nora rolunda görüntülənib. 2013-cü ildə “Vətən” serialının üçüncü mövsümündə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Fara Şerazi rolunda çıxış edib. 2014-cü ildə “Qalmaqal” serialının üçüncü mövsümündə mərkəzi-ikinci dərəcəli rollardan birini oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BD%D0%B8%D0%B0%D0%B4%D0%B8,_%D0%9D%D0%B0%D0%B7%D0%B0%D0%BD%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç