Qoran Vişniç

Qoran Vişniç

Aktyor, prodüser

BİOQRAFİYA

Qoran Marya Vişniç - amerikalı və xorvatiyalı aktyordur. “Təcili yardım” teleserialında həkim Luka Kovaç rolu ilə tanınıb. “Təcili yardım” serialından əvvəl “Sülh keşikçisi”, “Həddən sadiq qadın”, “Praktiki magiya” filmlərinə çəkilib. 1998-ci ildə Madonnanın "The Power of Good Bye" musiqi klipində, “Şulerlər” filmində rusiyalı mafioz rolunda çəkilib. Prodüser Cek Orman Vişniçi “Təcili yardım” məşhur Amerika serialına dəvət edir. Aktyor heyətinə 1999-cu ildə (6 mövsüm) daxil olan aktyor, 2006-cı (12 mövsüm) ildə aparıcı rolda çəkilib. Vişniç telelserialı 13-cü mövsümündə tərk edir. Ancaq 14-cü mövsümün 7 seriyasında çəkilmək üçün qayıdır. “Əjdaha döyməli qız” (2011), “Başlayanlar” (2010), "İrena Sendlerin cəsur ürəyi" (2009) və sair filmlərdə və "Təcili yardım" (1994-2009), “Talanmışı tala” (2008-2012), "Amerika ustaları" (1983-2009) və sair seriallarda çəkilib. “Buz dövrü” (2002) cizgi filminin personajını səsləndirib. "Long Dark Night" (2004), "The Last Will" (2001) filmlərinin və "Duga mracna noc" (2005) serialının prodüseri olub. 8 may 1999-cu ildən Vişniç məşhur xorvat rejissoru Antun Vrdolyakın (Xorvatiyanın sabiq vitse-prezidenti) qızı İvana Vrdolyakla evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Goran_Vi%C5%A1nji%C4%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç