İnma Kuesta
Aktrisa
İnma Kuesta 25 iyun 1980-ci ildə Valensiya şəhərində anadan olub. 18 yaşında olanda aktyorluq sənətini öyrənmək məqsədilə Kordobaya köçüb, 2005-ci ildə Madriddə yaşamağa başlayıb. Orada Hoy No Me Puedo Levantar müziklında ilk rolunu alıb. Televiziyada ilk rolunu isə “Amar en tiempos revueltos” serialında oynayıb. Tammaterjalı kinoda aktrisanın karyerası 2007-ci ildə “Cafe solo con ellas” filmi ilə başlanğıc götürüb. 2009-cu ildən Kuesta “Qırmızı qartal” adlı seriala çəkilib. 2011-ci ildə serial əsasında “Qırmızı Qartal haqqında əfsanə” adlı tammetrajlı kinofilm çıxıb. 2012-ci ildə “Yatan səs” filmində oynadığı rola görə “Qoya” mükafatına namizəd olub. 2014-cü ildə “Daha üç toy” filmində oynadığı ikinci plan qadın rolu ilə ikinci dəfə nominasiya qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%8D%D1%81%D1%82%D0%B0,_%D0%98%D0%BD%D0%BC%D0%B0