Antonio de la Torre

Antonio de la Torre

Aktyor

BİOQRAFİYA

Antonio de la Torre Martin – ispaniyalı aktyor və jurnalistdir. 2007-ci ildə ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Qoya” mükafatı laureatı olub. Antonio de la Torre jurnalistlik ixtisası üzrə ali təhsil alsa da, yeniyetməlik illərindən bəri öz gələcəyini aktyorluqda görüb. Bir müddət Canal Sur Radio radiostansiyasında çalışıb, həmçinin Canal Sur Television telekanalında həftəlik idman xəbərləri buraxılışının aparıcısı olub. Paralel olaraq həftəsonlarında Madriddə Kristina Rotun məktəbində aktyorluq kurslarına gedib. Antonio de la Torrenin debütü 1994-cü ilə təsadüf edir. Belə ki, rejissor Emilio Martines Lasaronun “Həyatımızın ən bərbad illləri” filmində rol alıb. Televiziyada “Padra Korahe” miniserialında uğur qazanıb. De la Torre məşhur olmasına rəğmən, qısametrajlı filmlərə belə böyük həvəslə çəkilir. İlk rollarından birini elə rejissor Daniel Sançes Arevalonun qısametrajlı filmində oynayıb. Bir neçə il sonra həmin rejissor Torreni öz ilk tammetrajlı filminə - “Tünd çəhrayı – demək olarki qara” filminə baş rola dəvət edib. Həmin rola 2007-ci ildə ona ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Qoya” mükafatı qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0209409/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç