Fəxri Ogün Yardım

Fəxri Ogün Yardım

Aktyor, prodüser

BİOQRAFİYA

Fəxri Ogün Yardım - türk əsilli almaniyalı aktyordur. Fəxri Ogün Yardım 7 avqust 1980-ci ildə Almaniyanın Hamburq şəhərində doğulub. Orta məktəbi bitiridkdən sonra Hamburq dram incəsənət studiya məktəbinə daxil olub. Aktyorluq karyerasına Berlin və Hamburq teatrlarında çıxış etməklə başlayıb. Geniş ekranlarda debütü 2004-cü ildə Anno Zaulun “Kabab” filmində baş tutub. Daha sonra “Bir tərəfə”, “Yaraşıqlı”, “Çiko”, “Əyləcsiz” və “Böyük şəhərin kişiləri” kimi filmlərdə rol alıb. Daha çox “Başdakı bal”, “Loğman: İbn Sinanın şagirdi” və “Kəs Tulla” filmlərində oynadığı rollarla şöhrət qazanıb. Fəxri Ogün Yardım həmdə səsləndirmə və dublyaj aktyorudur. Marvel studiyasının bir çox filmlərinin alman dilinə dublyajında “Raket” adlı yenotu səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15525795451/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç