Lars Aydinger

Lars Aydinger

Aktyor, bəstəkar

BİOQRAFİYA

Lars Aydinger – almaniyalı teatr, kino və televiziya aktyoru, teatr rejissorudur. 21 yanvar 1976-cı ildə Qərbi Berlində mühəndis və uşaq tibb bacısı ailəsində anadan olub. Marienfeld rayonunda yerləşən orta məktəbdə oxuyub. Erkən uşaqlıq illərindən aktyorluq sənətinə rəğbət bəsləyib. 10 yaşında ikən ilk dəfə olaraq yeniyetmə seriallarından birinə çəkilib. Məktəbdə oxuduğu ilərdə müxtəlif idman və teatr dərnəklərində iştirak edib, həvəskar tamaşalarda səhnəyə çıxıb. 1995-1999-cu illərdə “Ernst Buş” adına Dram İncəsənət Akademiyasında oxuyub. Məzun olduqdan sonra teatr aktyoru kimi fəaliyyətə başlayıb. Ancaq hələ tələbə olduğu vaxtda bir neçə teatr tamaşasında rol alıb. 2000-ci ildə ilk dəfə olaraq “Şaubün” teatrın tamaşasında baş rol ona həvalə olunub. Tezliklə ulduzu parlayan Lars XXI əsr Alman teatr və kinosunun ən tələb olunan xarizmatik aktyorlarından birinə çevrilib. 2000-ci illərdə daha çox Tomas Ostermayerin quruluş verdiyi tamaşalarda çıxış edib. O, eyni zamanda beynəlxalq klassiklərdən də yan keçməyib, Şekspirin pyesləri əsasında qoyulmuş “Maqbet”, “Yay gecəsinin yuxusu”, “Hamlet” (2008-2012), “III Riçard” və sair tamaşalarda iştirak edib. 2008-ci ildən Aydinger Şaubündə çalışır. Rejissor qismində orada iki tamaşaya quruluş verib. Teleekranlarda debütü 2002-ci ilə təsadüf edir, belə ki, “Balaca Eynşteynlər” serialında epizodik rol oynayıb. Kinoda ilk böyük işi – “Ehtiras sərhəd tanımır” adlı filmində oynadığı rol olub. Ona şöhrət qazandıran lentlər arasında “Qolsius və Pelikan şirkəti” (2012), “Zils-Mariya” (2014), “Fərdi alıcı” (2016), “Kəs tulla” (2019) filmlərini sadalamaq olar. Şəxsi həyatına gəlincə, opera müğənnisi Ulrike Aydinger ilə evlidir, bir qızı var. Ailəsi ilə birlikdə Berlində yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Lars_Eidinger

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç