Yasna Fritzi Bauer
Aktrisa
Yasna Fritzi Bauer – isveçrəli teatr və kino aktrisasıdır. Yasna 20 fevral 1989-cu ildə Almaniyanın Visbaden şəhərində dünyaya göz açıb. 2006-cı ildə Yasna Hessişa Dövlət Teatrının gənclər truppasının ansamblına qoşulub. 2012-ci ildə Berlində Ernst Buş adına Teatr İncəsənət Akademiyasını bitirib. Bauer akademiyasında oxuduğu dövrdə Berlinin müxtəlif teatrlarında qonaq aktrisa qismində dəvət olunub. Böyük ekranlarda debütü 2011-ci ilə təsadüf edir. Belə ki, həmin il rejissor Endi Rogenhagenin “Bu mən deyiləm” adlı dramına çəkilib. Filmdə aktrisa Turetta sindromundan əziyyət çəkən yeniyetməni oynayır. Həmin rol ona İsveçrənin Kino İncəsənət Festivalında “Gənc aktyorlar” mükafatını, həmçinin “Yeni simalar” mükafatını qazandırıb. Daha sonra Bauer “Ellenin yaşında”, “Barbara” və “Elizaya” kimi filmlərdə müxtəlif rollar alıb. 2018-ci ildə “Kəs Tulla” filmində təqib mübtəlalığından əziyyət çəkən baş qadın rolunu oynayıb. Həmin il eyni zamanda “Ən gözəl cütlük” filmi və “Berlin polisi” serialının çəkilişlərində iştirak edib. Aktrisa hazırda Berlində yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15524062461/