Ketrin Stedman
Aktrisa
Katrin Stedmen – televiziya və kino aktrisasıdır. Daha çox “Daunton Abbatlığı” serialında Meybl Leyn Foks rolu ilə tanınır. Bundan başqa “Tüdorlar”, “Xalis ingilis qətli”, “Viktoriya” və “Gələcəkdən gələn sevgili” komediyalarında yaratdığı obrazlarla yadda qalıb. Aktrisanın ekranlarda ilk əlamətdar rolu “Mensfil Park” dramının tele-adaptasiyasında Culiya Bertram rolu olub. Aktrisa 8 fevral 1987-ci ildə İngiltərədə anadan olub. Oksford Dram Məktəbində oxuyub. “Mensfil Park” teledramının uğurundan sonra “Tüdorlar”, “Çox yetkinləşmişlər”, “Lüis” və “Qanun və qayda: London” kimi reytinqli seriallara çəkilməklə xidməti siyahısını genişləndirib. 2009-cu ildə rejissor Maks Yakobinin “Toz” dramında baş rolu oynayıb. Elə həmin il aktrisanın iştirakı ilə ekranlara “Şahzadə Kayulani” filmi çıxıb. Tamaşaçıların çoxuna Stedmen “Dauntan Abbatlığı” serialında Meybl Leyn Foks rolu ilə tanışdır. O eyni zamanda rejissor Lasse Hallströmin “Arzularımın balığı” adlı kult filmində Yuen MakQreqor və Emili Blant kimi məşhurlarla çəkiliş meydançasını bölüşüb. 2012-ci ildə “Cəhənnəm Bunkeri” qorxu franşizasının "Qara Günəş" adlı epizodunda baş rolu ifa edib. 2013-cü ildə Riçerd Körtisin “Gələcəkdən gəlmiş sevgili” adlı fantastik komediyasında mərkəzi qadın rollarından birini oynayıb. 2016-2017-ci illərdə aktrisa “Qorxusuz”, “Tutanxamon”, “Viktoriya” kimi serialların çəkilişində iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15482740951/