Rey Lourens

Rey Lourens

Rejissor, ssenarist

BİOQRAFİYA

Rey Lourens – avstraliyalı rejissordur. 1948–ci ildə İngiltərədə (Böyük Britaniya) anadan olub. 11 yaşında Avstraliyaya köçüb. Bütün filmləri Avstraliyada, avstraliyalı aktyorların iştirakı ilə çəkilib. 20 illik karyerası boyunca cəmi üç filmin rejissoru olub. Ancaq həmin filmlər Avstraliya kino tarixində ən məşhur filmlər siyahısına düşüb. “Həzz” (1985) filminin ssenaristi olub. “Cindabayn” (2005), “Həzz” (1985), “Lantana” (2001) filmlərinin rejissoru kimi tanınır. Lantana filmi beş ailənin həyatından bəhs edir. Filmdə ailələrin sevinc və kədər anları əks olunub. Əsərin qəhrəmanı övladlarının ölümündən sonra həyat yoldaşı ilə münasibətlərini qorumaq üçün mübarizə aparır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ray_Lawrence_(film_director)

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç