Dmitriy Katxanov

Dmitriy Katxanov

Bəstəkar

BİOQRAFİYA

Dmitriy Katxanov – rusiyalı bəstəkardır. 1965-ci ildə Rostov şəhərində anadan olub. Rostov Ali Texniki Təhsil  Müəssisəsini bitirib. 80-ci illərdə “12 Volt” eksperimental musiqi qrupunun rəhbəri olub. “Avrora” jurnalının keçirdiyi rok festivalın laureatı olub. 1991-ci ildə Pekin Rou Rou qrupunun “Canlı qüvvə” adlı sayca ikinci albomuna prodüserlik edib. 1992-ci ildən Rostovun müxtəlif teatrlarında musiqi prodüseri kimi fəaliyyət göstərib. 1996-cı ildə Almaniya Elm və Mədəniyyət senatı tərəfindən mükafatlandırılıb. Həmçinin kino sahəsində aktivdir. “Çay, qəhvə, gəl rəqs edək” (2006), “Vəhşilər” (2006), “Adi şeylər” (2006), “Ürəkyeyənlər” (2008), “Əyalət qızı” (2008), “Rayonda sevgi” (2009), “Bu yayı necə keçirdim” (2010), “Bloodrop” ( 2011), “Gözəl tapşırığ” (2011), “Şahidsiz” (2011) və digər film və seriallara musiqi bəstələyib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://www.mayakovsky.ru/creators/music/katkhanov-dmitriy/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç