Aleksey Popoqrebskiy

Aleksey Popoqrebskiy

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Aleksey Petroviç Popoqrebskiy – rusiyalı kinorejissor və ssenaristdir. Aleksey Popoqrebskiy, nüfuzlu kinossenarist Pyotr Alekseyeviçin oğludur. Popoqrebskiy 7 avqust 1972-ci ildə Moskvada anadan olub. 1995-ci ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirib, məzun olduqdan sonra (kinoya gəlişinə qədər bir müddət tərcüməçiliklə məşğul olub. 2007-ci ildə “Adi əşyalar” adlı filmi XVIII Kinotavr açıq kinofestivalında əsas prizi qazanıb. 2010-cu ildə “Bu yayı necə keçirdim” adlı psixoloji trilleri ilə beynəlxalq miqyasda şöhrət qazanıb. Film Altmışıncı Berlin Kinofestivalının əsas konkursuna düşüb və “ən yaxşı kişi rolu” və “ən yaxşı operator işi” nominasiyalarında qalib olub. Film həmçinin Çikaqo və London kinofestivallarının qalibidir, “Qızıl qartal” mükafatçısıdır. 2010-cu ildə “Stereoskopik kinorəvayət” mövzusunda hazırlıq kursu keçib. 2011-ci ildə “Bloodrop” adlı 3D qısametrajlı filmini ərsəyə gətirib. 2017-ci ildə “Qızıl qartal” mükafatçısı olan “Optimistlər” tarixi dram serialını lentə alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BF%D0%BE%D0%B3%D1%80%D0%B5%D0%B1%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B9_%D0%9F%D0%B5%D1%82%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç