Sergey Puskepalis

Sergey Puskepalis

Aktyor

BİOQRAFİYA

Sergey Vitauto Puskepalis - sovet və rusiya aktyoru, teatr və kino rejissorudur. Sergey Puskepalis 15 aprel 1966-cı ildə Kursk şəhərində (Rusiya) anadan olub. Atası litvalı, anası bolqardır. Bununla belə, əcdadlarının dilini bilmir. 1980-ci ildə ailəsi ilə birlikdə Saratov şəhərinə köçüb. 1985-ci ildə Saratov Teatr Peşə Məktəbini bitirib. Daha sonra SSRİ Hərbi Dəniz Donanmasında üç il həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan sonra, 1988-ci ildə Saratova qayıdıb. 10 ildən çox Saratov Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Saratov Teatr Peşə məktəbinin məzunu, Saratov Dövlət Akademik Dram Teatrının aktrisası Elvira Danilina ilə evli olub. 2001-ci ildə Rusiya Teatr İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 4 dekabr 2018-ci ildə Qorki adına Moskva Bədaye Teatrının bədii rəhbərinin müavini təyin olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%83%D1%81%D0%BA%D0%B5%D0%BF%D0%B0%D0%BB%D0%B8%D1%81,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%92%D0%B8%D1%82%D0%B0%D1%83%D1%82%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç