Qriqori Dobrıgin
Aktyor
Qriqori Eduardoviç Dobrıgin - rusiyalı teatr və kino aktyoru, teatr rejissorudur. 2010-cu ildə Berlin kinofestivalında “Gümüş ayı” mükafatının sahibi olub. Bundan başqa, “Ağ fil” (2010) və “Qızıl qartal-2011” xüsusi mükafatlarının laureatıdır. Qriqorinin atası dalğıc-zabit, anası balerinadır. Q.Dobrıgin 17 fevral 1986-cı ildə Kamçatka vilayətinin Vilyuçinsk şəhərində anadan olub. İbtidai məktəbə Moskvanın şəhərkənarı Zelenoqrad qəsəbəsində gedib. İbtidai təhsilini başa vurduqdan sonra valideynlərinin təşəbbüsü ilə Moskva Dövlət Xoreoqrafiya Akademiyasına daxil olub. İki ilə yaxın "Yeddinci günün adventistləri" protestant seminariyasında iştirak edib. Daha sonra Moskva Bədii Teatrının studiya məktəbində təhsil alıb. Daha çox “Qara şimşək” blokbasteri və “Bu yayı necə keçirdim” psixoloji trillerində oynadığı rolları ilə yadda qalıb. Kinorejissor olaraq debütünü “Xəyanət“ adlı qısametrajlı filmlə gerçəkləşdirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%B1%D1%80%D1%8B%D0%B3%D0%B8%D0%BD,_%D0%93%D1%80%D0%B8%D0%B3%D0%BE%D1%80%D0%B8%D0%B9_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87